31 Avqust 2021
12:16
22657

Şahmat üzrə fərdi Avropa çempionatı: Erməniyə qalib gələn Rauf Məmmədov rəqibini liderlikdən etdi

İslandiyanın paytaxtı Reykyavikdə şahmatçıların fərdi Avropa çempionatı davam edir.

İslahat.az xəbər verir ki, avqustun 26-da start götürmüş yarışın 5-ci turunda Azərbaycan təmsilçisi Rauf Məmmədov ermənistanlı Robert Hovanisyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan qrossmeysterimiz 36-cı gedişdə bu tura qədər lider olan rəqibini təslim olmağa məcbur edib.

Bu, Raufun turnirdəki dördüncü qələbəsi olub. Sadəcə bir oyunda heç-heçə edən Məmmədov 4.5 xalla turnir cədvəlinin şərikli lideridir. Onunla eyni xala malik fransalı Maksim Laqarde də liderlik mövqeyində qərarlaşıb.

Hovanisyan isə altıncı pilləyə yuvarlanıb.

Qeyd edək ki, ümumilikdə 11 turdan ibarət olacaq yarış İsveçrə sistemi ilə keçirilir.

İslahat.az