İslahat.az xəbər verir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə "EMEDIA GROUP” tərəfindən təsis olunan "ŞƏMS" Milli Mükafatı sahiblərinə təqdim edilib.
Rövşən Nəcəfov "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi" münasibəti ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında fəal iştirakına görə "ŞƏMS” Milli Mükafatı ilə təltif edilib.
Mərasimdə
mükafatlandırılanlar arasında xalq artisti Flora Kərimova, müğənnilər Manana,
Zamiq, millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Sona Əliyeva, DYPİ-nin
bölmə rəisi, polis palkovniki Vaqif Əsədov, Azərbaycan Dövlət Musiqili
Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Əliqismət Lalayev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının
xalq artisti Eldar Mansurov, Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi
Ayaz Salayev, AMV Şirkətlər Qrupunun (AMV Group) rəhbəri Elşən Gəncəvi,
fotojurnalistlər Rüstəm Fərman, Nəriman İsmayılov, həmçinin Qarabağ
qaziləri, iş adamları, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları
və digər tanınmış şəxslər də olub.
Qeyd
edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir.
"İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3
hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında
müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.
"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.
Mükafatlandırma gecəsi Azərbaycan Akademik Milli Dram Teatrında baş tutub.
İslahat.az