28 Dekabr 2018
13:29
2942

Rövşən Nəcəfov "ŞƏMS" Milli Mükafatına layiq görülüb

İslahat.az xəbər verir ki, "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə "EMEDIA GROUP” tərəfindən təsis olunan "ŞƏMS" Milli Mükafatı sahiblərinə təqdim edilib.

Rövşən Nəcəfov "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi" münasibəti ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında fəal iştirakına görə "ŞƏMS” Milli Mükafatı ilə təltif edilib. 

Mərasimdə mükafatlandırılanlar arasında xalq artisti Flora Kərimova, müğənnilər Manana, Zamiq, millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Sona Əliyeva, DYPİ-nin bölmə rəisi, polis palkovniki Vaqif Əsədov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurov, Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Ayaz Salayev, AMV Şirkətlər Qrupunun (AMV Group) rəhbəri Elşən Gəncəvi, fotojurnalistlər Rüstəm Fərman, Nəriman İsmayılov, həmçinin Qarabağ qaziləri, iş adamları, mədəniyyət və incəsənət işçiləri, televiziya aparıcıları və digər tanınmış şəxslər də olub.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

Mükafatlandırma gecəsi Azərbaycan Akademik Milli Dram Teatrında baş tutub.

İslahat.az