22 Dekabr 2021
16:52
20318

Rövnəq Abdullayev: “Türkiyə ilə birlikdə görəcəyimiz çox işlər var”

"Bu il imzalanmış tarixi Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında geniş üfüqlər açır və birlikdə görəcəyimiz çox işlər var”.

İslahat.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda deyib.

"İki ölkənin dövlət başçılarının dəstək verdiyi Azərbaycan-Türkiyə enerji qardaşlığının daha yüksək inkişaf mərhələsinə çatmasına töhfə verməyə davam edəcəyik. SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində yerləşən "Petkim Holdinq”ə sahib olub, orada STAR neft emalı zavodu inşa edib və terminalı istifadəyə verib. Bununla da, şirkət Türkiyənin enerji sektorunda ən böyük sərmayəçi olub”, - deyə o qeyd edib.

İslahat.az