01 May 2021
17:07
14969

Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşdü - FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti rəsmi məlumat yayıb.

Bildirilib ki, iclasda SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə edilib.

Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurlu əməkdaşlıq etdiyi qeyd edilib.

"SOCAR Energy Georgia”nın baş icraçı direktoru Mahir Məmmədov da keçirilən iclasda iştirak edib.