20 Sentyabr 2021
11:50
20604

Rusiyada silahlı şəxs universitetdə insanlara atəş açdı - YENİLƏNİB + ANBAAN VİDEO

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın edən şəxs saxlanılıb. 

"Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində silahlı şəxs saxlanılıb. Tələbələrin və müəllim heyətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülür”, - Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur. 

Hələlik saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.

11:27

Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilir.

Təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.

Hazırda təhsil müəssisəsinin daxilində olan şəxslər pəncərələrdən atılaraq universitetdən çıxmağa çalışır.

İslahat.az