07 İyun 2021
15:29
13938

Rusiyada qeyri-leqal qalan xarici vətəndaşların aqibəti necə olacaq?

İslahat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 16 aprel 2021 il tarixində Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının iclası keçirildi. İclasda Rusiya Daxili İşlər Nazirinin müavini Gorovoy, MDB ölkələrindən Rusiya Federasiyası ərazisində qanunsuz olan çox sayda xarici vətəndaşı qeyd etdi və onlarla, 15 iyuna qədər ölkəni tərk etməsi üçün təşviqat işinin aparılmasını xahiş etdi.

Qeyd edildi ki, Rusiya Federasiyasında qeyri-leqal qalan xarici vətəndaş 15 iyun 2021-ci il tarixinədək ölkəni mustəqil şəkildə olaraq tərk edəcəyi təqdirdə, ona qarşı miqrasiya rejiminin pozulmasına görə sanksiyalar və qadagalar tətbiq olunmayacaq.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidentinin 12/05/2020 tarixli 791 saylı fərmanına əsasən, 15 iyun 2021-ci il tarixinə qədər Rusiya Federasiyasından ərazisindən inzibati qaydada çıxarılma, habelə deportasiya və ya readmissiya haqqında qərarlar qəbul edilmir.

Bununla birlikdə, 15 iyun tarixindən sonra qanunsuz immiqrantlara qarşı qanun tətbiqetmə təcrübəsi tətbiq ediləcək və Rusiya Federasiyasına giriş qadağan edilərək qovulma da daxil olmaqla müvafiq cəzalar tətbiq ediləcək.

Bu gün MDB ölkələrindən bir milyondan çox xarici vətəndaş Rusiyada qanunsuz olaraq qalır.

Ülvi Nəcəfov

İslahat.az