22 Oktyabr 2021
14:03
21642

Rusiyada barıt zavodunda partlayış: Çox sayda ölən var

İslahat.az xəbər verir ki, Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən zavodun barıt istehsalı sexində partlayış baş verib. Hadisə zamanı müəssisədə 17 nəfər olub. Onlardan 15-nin cəsədi tapılıb, bir nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir nəfər isə itkin düşmüş sayılır (onun da həlak olduğu güman edilir).

İlkin ehtimallara görə yanğına səbəb istehsalat prosesinin pozulması göstərilir. 

Yanğın artıq söndürülüb.

İslahat.az