22 Dekabr 2021
11:32
22748

Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət necədir? – Nazir AÇIQLADI

"Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır”.

İslahat.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov "Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, həmin ərazilərdə baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir.

"Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin, idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina, partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir”, - deyə Zakir Həsənov əlavə edib.

İslahat.az