05 Yanvar 2022
11:54
21998

Rəşad İbrahimova Cüdo Federasiyasında vəzifə verildi

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.

İslahat.az xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və komunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib. O, əvvəllər ANS, ATV telekanallarında, "Report" İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.

Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.

Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.

İslahat.az