31 Avqust 2021
11:33
25759

Rəşad Bayramov Gəncədə "ÖZ Zamanın" mövzusunda təlim keçib

"Təhsilli Azərbaycan Gəncliyi” (TAG) layihəsi çərçivəsində Gəncə şəhərində "ÖZ Zamanın” adlı növbəti təlim keçirilib.

"Gəncə Maarif Evi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təlimdə "GələcəkSƏN” Təlim və İnkişaf Proqramının rəhbəri, "İctimai.az” informasiya portalının baş redaktoru Rəşad Bayramov tərəfindən zamanın dəyərləndirilməsi, məqsədlərin müəyyən olunması, effektiv planlama və digər mövzularda iştirakçılar məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Təhsilli Azərbaycan Gəncliyi” (TAG) özündə təlim, seminar, fərdi inkişaf konsultasiyaları cəmləşdirən layihədir.

Layihə "GələcəkSƏN” Təlim və İnkişaf Proqramı çərçivəsində həyata keçiriləcək, Bakı və bölgələrimizi əhatə edəcək.

İslahat.az