26 Avqust 2021
13:18
21136

Ramin Bayramlı Türkiyədə “Turkovac”la bağlı müzakirədə - FOTO

Türkiyənin Sağlamlıq İnstitutlarının sədri Erhan Akdoğan və TƏBİB sədri Ramin Bayramlı arasında görüş keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə məlumatı Erhan Akdoğan öz rəsmi tvitter hesabında paylaşıb. 

Məlumata əsasən, tərəflər görüş zamanı səhiyyədə elm və texnologiyalar sahəsi və "Turkovac” vaksini ilə bağlı araşdırmaların 3-cü mərhələsi mövzularında müzakirələr aparıb.

İslahat.az