18 Noyabr 2021
14:34
20305

Qrant müqavilələrinin qeydə alınması qaydasında dəyişiklik edildi

Nazirlər Kabinetinin "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib.

İslahat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.

İslahat.az