14 Sentyabr 2021
11:56
25541

"Qəbələ"nin keçmiş baş məşqçisi tarixi uğura İMZA ATDI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1000-dən çox oyuna çıxan baş məşqçilərin siyahısını açıqlayıb.

İslahat.az xəbər verir ki, siyahıda 39 mütəxəssis yer alıb.

Bunların arasında hazırda "Rostov"da işləyən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin də var. 74 yaşlı rusiyalı mütəxəssis 1359 oyunla 13-cü pillədə qərarlaşıb.

İlk sırada İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Aleks Ferqyuson (2155), ikinci yerdə "Arsenal"da işləmiş Arsen Venger (1701), üçüncü pillədə isə Fransa "Oser"inin sabiq baş məşqçisi Gi Ru (1638) yer alıb.

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.
 
İslahat.az