05 Yanvar 2021
14:51
10011

Qarabağın turizm inkişaf strategiyası hazırlanır

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm inkişaf strategiyası hazırlanır. Qarabağda turizm infrastrukturunun inkişaf etdirilməsindən öncə bir neçə komponent təmin edilməlidir”.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin turizm sənayesi ilə bağlı müxtəlif marşrutlar, layihələr və məhsullar hazırlanır:

 

"Strategiya hazırlandıqdan sonra digər qurumlarla müzakirəsi aparılacaq. Hazırda Şuşanın turizm konsepsiyası üzərində də iş aparılır”.

K.Quluzadə əlavə edib ki, işğaldan azad edilən bölgələrdə bir neçə turizm klasteri yaradıla bilər.

 

İslahat.az