17 Avqust 2021
17:08
21208

"Qarabağ"ın sabiq futbolçusunun evi zəlzələ nəticəsində dağıldı

"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye böyük faciə ilə üzləşib.

İslahat.az "polsatsport.pl" saytına istinadən xəbər verir ki, haitili futbolçunun ailəsinin yaşadığı ev ölkədəki güclü zəlzələ nəticəsində tamamilə dağılıb.

Hazırda Polşada olan 32 yaşlı yarımmüdafiəçi yerli azarkeşlərdən kömək istəyib. O, soydaşlarına yardım məqsədilə onlayn mətbuat konfransı təşkil edib. Futbolçunun hədəfi 20 000 ABŞ dolları toplamaqdır. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə verəcək. Lakin indiyədək 300 ABŞ dollarından az pul yığılıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Son klubu Kipr "Apollon"u olan futbolçu hazırda azad agentdir.
 
İslahat.az