11 Yanvar 2022
11:26
21253

Qarabağdakı rus sülhməramlılarına yeni komandan TƏYİN EDİLDİ

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

İslahat.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hazırda Andrey Volkov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşunlarının rəhbəridir.

Komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

Bundan əvvəl Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Mixail Kosobokov idi.

İslahat.az