13 Avqust 2021
13:58
22248

"Qarabağ" və "Neftçi"nin növbəti oyunlarının vaxtı məlum oldu

"Qarabağ" və "Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

İslahat.az xəbər verir ki, Avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçı saat 20:00-da başlayacaq. Komandalar arasında avqustun 26-da oynanılacaq cavab oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Avqustun 19-da "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edəcək "Neftçi"nin oyunu saat 21:00-da başlayacaq. Bir həftə sonra Hayfada keçiriləcək cavab qarşılaşmasının start fiti də 21:00-da veriləcək.

İslahat.az