31 Yanvar 2020
18:52
964

Qarabağ Qazisi, “Azərbaycanlı çoban”, məhşur reper, tanınmış jurnalistlər, ictimai xadimlər və iş adamları Elşən Gəncəvinin vəkili oldular

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

İslahat.az xəbər verir ki, Qarabağ Qazisi Natiq Mehdiyev, "Azərbaycanlı çoban” kimi tanınan müğənni Pərvin Səfərov, məhşur reper Tibu Elşən Gəncəvinin vəkili oldular. Həmçinin, tanınmış jurnalistlər, ictimai xadimlər və iş adamları vəkil edilmiş şəxslər siyahısındadırlar.

Elşən Gəncəvinin 120 saylı Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyası tərəfindən vəkil edilmiş şəxslərin siyahısı:

1. Rövşən Nəcəfov – İctimai Xadim, "İnsan Mühəndisliyi” proqramının rəhbəri

2. Könül Aypara (Qocayeva) – Jurnalist, "Mediapress.az” xəbər agentliyinin baş redaktoru

3. Orxan Şükürov – İqtisadçı, "AMV Consulting” şirkətinin təsisçisi

4. Ramin Hacılı – İctimai-Siyasi Xadim, Azərbaycan Avropa Hərəkatının prezidenti

5. Təbriz Məhərrəmoğlu (Cəlilov) – Jurnalist, "Yenigundem.az” xəbər protalının baş redaktoru

6. Natiq Mehdiyev – Qarabağ Qazisi, Xüsusi Təyinatlı Hərbçi

7. Pərvin Səfərov – Müğənni

8. İbrahim Slüeymanov – İş Adamı, "AMV Express” şirkətinin direktoru

9. Tibu (Teymur Ağayev) – Reper

10. Pənah Əlisoy – İş Adamı, Altis Şirkətlər Qrupunun marketinq direktoru

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya” kitabının yazarı, "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, "PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az