18 Fevral 2022
11:13
21550

"Qarabağ" erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilərin stadionda törətdiyi təxribatla bağlı UEFA-ya və "Marsel" klubuna rəsmi şəkildə şikayət edəcəyik.

İslahat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

"Biz bunu gözləyirdik. Ermənilər dəfələrlə "Qarabağ" klubunun oyunlarında belə təxribatlara əl atıb. Plakat açılandan dərhal sonra stadionun təhlükəsizlik xidməti tərəfindən yığışdırıldı".

Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb.

İslahat.az