31 May 2020
18:38
819

Qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərə icazə verildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 may  tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb.

İslahat.az bildirir ki, Gənclər və idman nazirliyindən "Yeni Gündəm”ə verilən məlumata görə, nazirliyin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydaça və qurğuları əhalinin istifadə etməsinə şərait yaradılıb.

Federasiyalar tərəfindən Gənclər və İdman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında  idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə  gündəlik hesabatların  verilməsi  şərti ilə  idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilsin.

İdmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.

İslahat.az