01 Oktyabr 2018
15:58
1267

"Qadın Gücdür” layihəsinin 14 günlük marafonu yekunlaşdı - FOTOLAR | VİDEO

"Qadın Gücdür" layihəsi çərçivəsində @fitmomazerbaijan Instagram səhifəsi ilə reallaşan 14 günlük sağlamlıq marafonunun yekun tədbiri keçirilib. "Qadın Gücdür” şüarı ilə baş tutan marafon iştirakçılarına sertifikatlar təqdim edilib.

İslahat.az AMVPRESS.AZ-a istinadən xəbər verir ki, layihənin rəhbəri Talegül Əliyeva (Gulya xanım) marafonla bağlı fikirlərini bölüşüb: "14 günlük marafon çərçivəsində sağlam qidalanma, idman hərəkətləri və konsultasiyalar vasitəsi ilə bir mərhələni yekunlaşdırdıq.” Həmçinin, gələcəkdə müxtəlif, fərqli marafonlarıın və sağlamlıq aksiyalarının keçiriləcəyini qeyd etdi.

Gulya xanım Hollandiyanın "Wageningen” Universitetinin "Macronutrient Nutrition”, Stanford Universitetinin "Fundamentals of Healthy Eating” kurslarını uğurla bitirib. Hazırda, "American Council on Exercise” tərəfindən fitness sertifikasiyası ilə bağlı kurs almaqdadır.

Gulya xanım müəllifi olduğu "Qadın Gücdür” adlı kitabının təqdimatını yaxın gələcəkdə keçirməyi planlaşdırır.
 


İslahat.az