06 İyun 2022
13:56
18827

Putindən RAKET XƏBƏRDARLIĞI: “Daha güclü zərbələr endirəcəyik”

Rusiya ABŞ-a daha bir xəbərdarlıq edib.

İslahat.az xəbər verir ki, prezident Vladimir Putin ABŞ prezidenti Baydenin Ukraynadakı rus ordusunun logistikasını məhv etmək üçün raketlər gördərməsi barədə açıqlamasına reaksiya verib. O, ABŞ-ın daha uzun mənzilli raketlər göndərmək qərarının münaqişəni uzatmaq məqsədi daşıdığını bildirib. "Raketlər Ukraynaya verilərsə, hələ hədəf almadığımız obyektlərə hücum edəcək, daha güclü zərbələr endirəcəyik”, - deyə Putin deyib.

Digər tərəfdən, uzun müddətdən sonra Rusiya ordusu dünən səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hücum edib. Şəhərin mərkəzində və ətraf qəsəbələrdə çoxsaylı partlayışlar baş verib, 1 nəfər yaralanıb. Rusiya Qərbin göndərdiyi tankların vurulduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden keçən həftə Ukraynaya daha uzun mənzilli raket sistemləri və sursatlar göndərəcəyini açıqlamışdı. Bayden indi "Himars” raketləri ilə yanaşı, tank əleyhinə Javelin və zenit Stinger raketlərini də göndərəcəklərini bildirmişdi. Məlumata görə, 80 kilometr mənzilli çoxlüləli "Himars” raket kompleksləri Rusiya ordusunun təchizat anbarlarını vura, işğalçıların logistika şəbəkəsinə ağır zərbə endirə bilər.

İslahat.az