08 Sentyabr 2021
15:08
24280

Putin Şarl Mişellə Qarabağı müzakirə etdi

Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

İslahat.az-ın məlumatına görə, bu barədə Ş.Mişel "Twitter" səhifəsində yazıb.

Tərəflər regionda sülhün qorunması üçün etimadın və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıblar.
 
İslahat.az