15 Avqust 2021
18:23
24715

Psixoloq Rövşən Nəcəfov “Gənc Liderlər üçün Yay Universiteti”ndə təlim keçib - FOTOLAR

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov "Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçıları üçün təlim keçib.

İslahat.az xəbər verir ki, 13 avqust tarixində "Gənc Liderlər üçün Yay Universiteti" çərçivəsində təlimçi Rövşən Nəcəfov "Səhvlər və təcrübələrin gələcək üçün inşa etdiyi körpü" mövzusunda layihə iştirakçılarına təlim keçib. Müzakirə zamanı gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Sonda xatirə fotosu çəkilib.

"Gənc Liderlər üçün Yay Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatı təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihə boyunca iştirakçılarının sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə "Gənc Liderlər üçün Yay Universiteti"nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edir.

İslahat.az