04 May 2022
17:02
18864

Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?

Xəbər verdiyimiz kimi,Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

İslahat.az xəbər verir ki, V.Hacıyev Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən biri olan "Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyəti sədridir.

V.Hacıyev 13 il neft şirkəti "BP Azerbaijan”da müxtəlif yüksək vəzifələrdə çalışıb. O son olaraq neft şirkətində Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer, daha əvvəl isə aparat rəhbəri kimi fəaliyyət göstərib.

İslahat.az