11 May 2022
16:55
15399

Prezidentdən Səfa Mirzəyevlə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə bağlı Sərəncam imzalayıb.

İslahat.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah S. Mirzəyevin 70 yaşı tamam olacaq.

İslahat.az