27 Sentyabr 2021
10:51
21742

Prezident: “Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrində bir dənə də fərari olmayıb”

"44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır”.

İslahat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur:

"Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

İslahat.az