31 Dekabr 2020
11:42
10728

Prezident Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adlar verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Texniki Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:

"Əməkdar elm xadimi”

Hüseynov Rafiq Qurban oğlu

Rəsulov Nəriman Moğbil oğlu

"Əməkdar müəllim”

Abidov Çingiz Cabbar oğlu

Əhməd Abdullah Əmrullah oğlu

Haxiyev Əlabbas Seydi oğlu

Hüseynov Ələkbər Güləhməd oğlu

Xəlilov İsa Əli oğlu

Məmmədov Əhməd Adil oğlu

Namazov Sübhan Nadir oğlu

Rzayeva Gülşən Dəmirqan qızı

Rzayeva Nuriyyə Əsgər qızı

"Əməkdar mühəndis”

Baxşəli Valeh İsmixan oğlu

Bayramov Razim Paşa oğlu

Əliyev Hikmət Səxavəddin oğlu

Kərimov Ziyafət Xeyrulla oğlu

Yusubov Nizami Dəmir oğlu.