02 İyun 2021
15:57
13865

Premyer Liqanın başlanma tarixi BİLİNDİ

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün startı müəyyənləşib.

İslahat.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən yeni mövsüm 14 avqust tarixində başlanacaq.

Həmçinin, Azərbaycanda 2021/2022-ci illər mövsümünün transfer dövrlərinin tarixləri müəyyənləşib.

Yay transfer pəncərəsi iyunun 10-da açılacaq və sentyabrın 1-də bağlanacaq. Qış transfer pəncərəsi isə yanvarın 10-dan açıq olacaq. Klublar qış fasiləsində iştirak ərizələrini fevralın 9-dək təqdim etməlidir.

İslahat.az