28 Mart 2022
11:32
21338

Polad Həşimovun xanımına vəzifə verildi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya vəzifə verilib.

İslahat.az xəbər verir ki, o, təhsil naziri Emin Əmrullayevin əmrilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində işə qəbul olunub.

Qeyd edək ki, O. Salmanova ixtisasca riyaziyyat müəlliməsidir və daha əvvəl orta məktəblərdən birində bu fənni tədris edib.

İslahat.az