02 İyun 2021
16:06
12859

Peyvənd vurduran amerikalılar ən böyük pul mükafatı uğrunda yarışacaq

ABŞ-ın Nyu-Meksiko ştatında COVID-19-a qarşı peyvənd vurduranlar arasında ən böyük pul mükafatı üçün yarış keçiriləcək.

Bu barədə "ABC News” xəbər verib.

Bildirilir ki, nağd ödəmələrin ümumi məbləği 10 milyon dollar (17 000 000 manat) olacaq. Ən böyük tək uduş 5 milyon dollardır (8 500 000 manat). Bundan əlavə, ştatın dörd regionunun hər birində 250 000 dollar (425 000 manat) mükafat və muzey biletləri də daxil olmaqla daha kiçik mükafatlar veriləcək.

İslahat.az