25 İyun 2021
14:14
23111

Paşayeva AZAL-a çağırış etdi: Bilet niyə bahadır?

Deputat Qənirə Paşayeva Milli Məclisdəki çıxışında qardaş Türkiyənin Prezidentinin Şuşa səfəri, Azərbaycan Prezidenti ilə görüşü, Müttəfiqlik Bəyannaməsi imzalamasından bəhs etdikdən sonra vacib bir çağırış edib.

İslahat.az xəbər verir ki, Milli Məclisin komitə sədri Türkiyədən Azərbaycana gəlmək istəyən minlərlə qardaş ölkə vətəndaşlarının vaxtaşırı onları narahat edən məsələni qaldırdıqlarını xatırladıb.

Qənirə Paşayeva deyib ki, Türkiyəyə uçuşlarla bağlı hər gün çoxlu sayda müraciət alırlar:

"Yazırlar ki, biz Türkiyədən dünya ölkələrinə aşağı qiymətlə uçuruq. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadır? Azərbaycandan da insanlarımız Türkiyəyə yalnız turist səfərləri etmirlər, təhsil almağa, müalicə olunmağa gedənlərimiz var. Biz xahiş edirik, bu qiymətlərə baxılsın! Bu qiymətlər sadəcə turizm üçün önəmli deyil. Ona görə də mən buradan AZAL-a və müvafiq qurumlara çağırış edirəm, bu qiymətlərə baxılsın və bu çağırışlar nəzərə alınsın”.

İslahat.az