06 Yanvar 2022
16:16
21371

Parlamentdə onlara yeni vəzifə verildi - FOTO

Milli Məclisin strukturunda dəyişiklik həyata keçirilib.

İslahat.az xəbər verir ki, parlamentdə yeni Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Həmin sektora 1989-cu il təvəllüdlü Kənan Axundov təyin edilib.

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin deputat köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov isə vəzifəsindən azad edilib. Onun yerinə 1984-cü il təvəllüdlü Ruslan Hacıyev adıçəkilən sektora müdir təyin edilib.

İslahat.az