12 Aprel 2022
11:26
13590

Parlamentdə komitələr üçün “Şuşa qrafiki” hazırlandı

Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb.

İslahat.az xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spikerin sözlərinə görə, qrafiklər hazırlanıb və komitə sədrlərinə təqdim ediləcək. Spiker qeyd edib ki, məqsəd "Şuşa ili”nə töhfə verməkdir.

Xatırladaq ki, aprelin 8-də Milli Məclisin iki komitəsinin (Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi) Şuşada birgə iclası keçirilib.

İslahat.az