29 Avqust 2021
14:08
25087

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb.

İslahat.az-ın xəbərinə görə, buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub.
O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb.
Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürünc medalla yeddinci sırada qərarlaşıb.
İslahat.az