"Azərbaycanın Vətən müharibəsindəki qələbəsi beynəlxalq münasibətlərdə yeni reallığı şərtləndirib”.
İslahat.az xəbər verir ki, bunu "Report”a müsahibəsində Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan möhkəm siyasi və iqtisadi tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində effektiv siyasəti davam etdirdi, 44 günlük müharibədə Azərbaycanın qələbəsi isə xalqı daha da birləşdirdi.
İslahat.az