10 Dekabr 2020
18:31
4758

Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı - FOTOLAR

Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə "Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün baş tutacaq Zəfər paradında nümayiş etdiriləcək. 

 

İslahat.az