28 Dekabr 2021
12:29
22311

“Omikron” ştammının simptomsuz daşıyıcılarının təhlükələri barədə xəbərdarlıq edildi

"Omikron” ştammına yoluxan şəxs xəstəliyi simptomsuz keçirə bilə. Belə şəxslər ətrafdakılar üçün təhlükəlidir.

İslahat.az xəbər verir ki, bu barədə rusiyalı biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovski xəbərdarlıq edib.

Onun sözlərinə görə bu, koronavirusun "Uhan” ştammında və digərlərində belə idi - bəzi insanlarda viral infeksiyanın simptomları görünmür, ancaq bədəndə inkişaf edirdi.

"Belə xəstələrin arasında koronavirus infeksiyasının "superpaylayıcıları” olur. Ondan yoluxanlar ağır xəstələnə bilər. Bundan əlavə, bu asimptomatik daşıyıcılar arasında virusun "superyayıcıları” da var. Onlar özləri xəstələnmirlər, lakin böyük dozada virus yayırlar və infeksiyanı onlarla insana ötürə bilirlər”, - deyə mütəxəssis bildirib.

Mütəxəssis əlavə edib ki, asimptomatik daşıyıcıdan "Omikron” ştammı ilə yoluxma riskini azaltmaq üçün COVID-19-a qarşı peyvənd olunmaq, həmçinin sanitar qaydalara riayət etmək lazımdır.

İslahat.az