24 Yanvar 2022
16:32
21731

“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Omikronun son variant olmadığını bildirib.

İslahat.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ÜST-nin 150-ci İcraiyyə Şurasının iclası videokonfrans formatında baş tutub. ÜST rəsmisi açılış nitqində epidemiyanın başlamasından sonrakı iki il ərzində dünya üzrə 350 milyon koronavirusa yoluxmanın və bu səbəblə 5.5 milyon ölüm hadisəsinin qeydə alındığını bildirib:

"Hər 12 saniyədə koronavirus səbəbilə bir insan ölür. Epidemiyanın hara qədər gedə biləcəyivə kəskin dövrün necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Lakin unutmamalıyıq ki, Omikron son variant deyil və daha ölümcül mutasiyaların ortaya çıxması realdır”.

Tedros Adhanom epidemiyanın gedişatını dəyişdirmək üçün ona istiqamət verən şərtləri dəyişdirməli olduğumuzu da sözlərinə əlavə edib.

İslahat.az