02 Dekabr 2021
11:26
21229

"Omicron" ştamı sayəsində pandemiya erkən bitəcək" - Məşhur infeksionist

""Omicron” variantı sayəsində pandemiya erkən bitə bilər”.

İslahat.az xəbər verir ki, bunu almaniyalı infeksionist Karl Luterbak deyib. Mütəxəssisin iddiasına görə, yeni ştam pandemiyanın bitişini sürətləndirəcək. "Mutasiya, xəstəliyi daha yoluxucu, amma yüngül hala gətirə bilər”, - deyə o əlavə edib.

Virusun indiyə qədər xəstəxanaya yerləşdirilmə və ya ölümə səbəb olmadığını vurğulayan Karlın fikrincə, "Omicron” variantındakı mutasiya xəstəliyi yüngülləşdirəcəyi halda, COVID-19 qrip kimi sıradan xəstəliyə çevriləcək. O, həmçinin profilaktik tədbirlərə əməl etmənin əhəmiyyətini də qeyd edib:

"Bu vəziyyət yumşalmalara səbəb olmamalıdır. Digər tərəfdən yeni ştama yoluxma hallarını azaltmaq üçün səyahət qadağalarına və maska taxmaq kimi qaydalara əməl etmək lazımdır”.

Qeyd edək ki, elm adamları "Omicron” variantının vaksinlərə qarşı dözümünü müəyyən etmək üçün 2 həftəyə ehtiyacın olduğunu bildirib.

İslahat.az