03 Avqust 2021
12:44
16014

“Növbəti seçkilərdə AKP-nin məğlubiyyəti qaçılmazdır” – Meşə yanğınları siyasətə də təsirsiz ötüşməyib

Bir neçə gündür, Türkiyədə meşə yanğınları davam edir. Rəsmi məlumata görə, bütövlükdə 6 gündə 32 bögədə 137 yanğın ocağı nəzarət altına alınıb.
 
İslahat.az xəbər verir  ki, Politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib ki,  Türkiyəyə qarşı həyata keçirilən ekoloji terror Türkiyə iqtisadiyyatı ilə yanaşı, siyasətinə də təsirsiz ötüşməyəcək:

"Türkiyənin belə yanğınlara hazır olmaması müxalifətin hakimiyyətə qarşı əlində güclü kart blanşdı. Müxalifət  hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasını (AKP) 19 il ərzində ölkəyə yanğın söndürən təyyarələr almamaqda günahlandırır. Bu, haqlı yanaşmadır. Bu yanğınlar AKP-nin 19 illik hakmiyyətinə müəyyən dərəcədə təsir edəcək”.

Politoloq meşə yanğınlarının məhz AKP-nin əsas səs aldığı regionlarda baş verdiyinə diqqət çəkib:

"Növbəti seçkilərdə AKP-nin məğlubiyyəti qaçılmazdır. Partiyanın seçkidə məğlubiyyəti isə Türkiyənin regional gücünün zəifləməsinə, hakimiyyətə gələn partiyanın Qərb qarşısında zəif düşməsinə, əvvəlki kimi Ağ Evdən idarə olunan vəziyyətə gəlməsinə səbəb ola bilər. Cümhuriyyət Xalq Partiyası (CHP) və digər siyasi partiyaların liderləri Rəcəp Tayyip Ərdoğan kimi qətiyyətli və qrosmeystr deyil. Əgər bu illər ərzində CHP və digər partiyalar hakimiyyətdə olsaydı, bu gün Türkiyə sıradan bir ölkə olacaqdı.

AKP bu yanğınları nəzarətə tam alıb, geniş şəkildə sosial islahatlara başlayar, ölkə iqtisadiyyatını iki il ərzində inkişaf etdirərsə, hakimiyyətdə qalmaq şansları olacaq. Ola bilər ki,  Ərdoğan geri çəkilisin, digər şəxsi seçkilərdə irəli versin”.
İslahat.az