21 İyul 2021
14:30
22931

Novxanıda bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin batması barədə məlumat verilib.

İslahat.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən Qanunla.Az-a bildiriblər ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

İslahat.az