15 Dekabr 2020
19:57
4327

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

"Maskalardan istifadə əhalinin böyük hissəsi vaksinasiya olunanadək davam etdirilməlidir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə vaksin iki dozada vurulur:

 

"İkinci dozadan 2-3 həftə sonra immun yaranır. Buna görə əhalinin böyük hissəsi vaksinasiya olunana qədər maska taxılmalıdır”.

O qeyd edib ki, vaksinin alınması üçün sərf olunan vəsait şəffaf şəkildə açıqlanacaq.

İslahat.az