17 İyun 2022
12:00
18816

Mövqelərimiz atəşə tutuldu - RƏSMİ

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İslahat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

İslahat.az