Azərbaycan
Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə
yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla
planlı şəkildə utilizasiyası davam etdirilir.
İslahat.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib.
"Məlumat üçün bildiririk ki, döyüş
sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il
tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə
əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək"
İslahat.az