11 Yanvar 2022
14:08
20302

Müdafiə Nazirliyindən partlayış işləri ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildirilir ki, narahatlığa heç bir əsas yoxdur.

İslahat.az