07 Dekabr 2020
11:23
4126

Mixael Şumaxerin oğlu çempion oldu

Avtomobil yarışları üzrə "Formula 1" sinfində yeddi qat dünya çempionunun- almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2" yarış seriyasının çempionu oldu.

İslahat.az trend-ə istinadən xəbər verir ki, Bəhreyndə baş tutan final mərhələsinin ikinci yarışında "Prema" komandasında çıxış edən Mik Şumaxer 18-ci oldu.

Onun əsas rəqibi "UNI-Virtuosi" komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutdu və ümumi hesabda Şumaxerə çata bilmədi.

Yarışda hindistanlı Cehan Daruvala qalib gəlib, ikinci yerdə komanda yoldaşı Yaponiyalı Yuki Tsunoda, üçüncü isə "DAMS" komandasından olan britaniyalı Den Tiktum olub.

 

İslahat.az