03 İyun 2021
11:17
14475

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

İraqın cənubundakı Di-Kar əyalətində, "qara kif” kimi tanınan mukormikozdan azı iki nəfər ölüb.

Bu barədə "Rudaw” yerli səhiyyə idarəsinin sözçüsü Ammar əz-Zamiliyə istinadən xəbər verib.

Ümumilikdə, Nasiriya şəhərində  "qara kif”ə dörd yoluxma hadisəsi və iki ölüm qeydə alınıb.

İslahat.az