04 İyun 2021
16:04
12539

Mina terroruna mina terroru ilə də cavab verilməlidir! - Millət vəkili

"Bizim ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistan ərazisində, on qatını da erməni separatçılarının yaşadığı Azərbaycan ərazisində basdırmalıyıq".

İslahat.az xəbər verir ki, bunu Millət vəkili Fazil Mustafa  jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmasından danışarkən deyib. Deputat bildirib ki, terroruna terrorla, minasına mina, yumruğuna yumruqla cavab verilməlidir:

"Kəlbəcərdə, yəni Azərbaycan ərazisində iki jurnalist qardaşımız şəhid oldu. Allah hər ikisinə rəhmət etsin, əzizlərinə səbr diləyirəm. Artıq bəs deyilmi? Biz bu cür mina partlayışı xəbərlərini ermənilərin yaşadığı hər köşədən almalıyıq.  Bu vəhşilər durub sizə xəritə verəcəklər? Adamlar durmurlar, hər bir azərbaycanlı qətli bu vəhşi millət üçün bir təsəlli sayılır. Mina terroruna mina terroru ilə də cavab verilməlidir. Bunu bacaran oğullarımız var, mütəxəssislərimiz var. Bu millət cavab görməyincə durmayacaq".
 
İslahat.az